ABŞ-ın BMT-dəki sabiq təmsilçisi: “Pan Gi Munun Tehrana səfər etməsi onun ən böyük xətasıdır”

ABŞ-ın BMT-dəki sabiq təmsilçisi: “Pan Gi Munun Tehrana səfər etməsi onun ən böyük xətasıdır”
# 29 avqust 2012 10:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “BMT baş katibi Pan Gi Munun Tehrana səfər etməsi onun ən böyük xətasıdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki sabiq təmsilçisi Con Bolton deyib.

O bildirib ki, P. G. Mun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısına dəvəti qəbul etməklə BMT-də baş katiblik vəzifəsini icra etdiyi müddətdə ən böyük xətasını edib: “Pan Gi Munun Tehrana səfər etməsi bu dövləti qəbul etmək deməkdir. O bu addımıyla BMT-nin baş katibi kimi ən böyük xətasını etdi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR