Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 3% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 3% artıb
# 18 may 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 64,7 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,2% çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi isə 8,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat vasitələri ilə daşınmış yüklərin 51,2%-i avtonəqliyyat, 31,2%-i boru kəməri, 10,9%-i dəmir yolu, 6,7%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

Qeyri-dövlət bölməsində yük daşınması 2,5% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 71,8% təşkil edib.

Yanvar-aprel aylarında nəqliyyatçılar 494,1 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2% çox sərnişinə xidmət göstərib: «Sərnişinlərin 86,4%-i avtomobil, 13,3%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR