Azərbaycan əhalisi pullu xidmətlərə məsrəfləri 9% artırıb

Azərbaycan əhalisi pullu xidmətlərə məsrəfləri 9% artırıb
# 22 may 2012 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,7% üstələyərək 1,7 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 72,8%-i hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə 1,292 mlrd. manatlıq və ya 8,1% çox pullu xidmətlər göstərilib: «Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 45,6 manatlıq və ya 3,9 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib».

«Ölkənin bütün bölgələrində xidmət sektoru dinamik inkişaf edib. Belə ki, 2012-ci ilin I rübündə əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə Lənkəran iqtisadi rayonu üzrə 22,8%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 14,9%, Naxçıvan iqtisadi rayonu üzrə 13,7%, Abşeron iqtisadi rayonu üzrə 13,2%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 9,1%, Bakı şəhəri üzrə 8,7%, Aran iqtisadi rayonu üzrə 8,6%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 7,2%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 6,8% artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR