Berti Foqts: “Müdafiədə bəzi səhvlərə yol verildi”

Berti Foqts: “Müdafiədə bəzi səhvlərə yol verildi”
# 15 avqust 2012 17:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Bəhreynlə yoldaşlıq görüşündən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı öncə azarkeşlərə təşəkkür edib: “Bu isti havada komandamıza dəstək verdikləri üçün onlara təşəkkür edirəm. Komandadan razı qaldım. Rəqibə şans vermədik”.

Foqts daha sonra bildirib ki, müdafiədə bəzi səhvlərə yol veriblər: “Amma İsraillə seçmə mərhələ oyununda bunu etməməliyik. Müdafiədən hücuma keçən zaman çatışmazlıq vardı. Bunun üzərində işləməliyik”.

Xatırladaq ki, millimiz Bəhreyni 3:0 hesabı ilə darmadağın edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR