Ağdaş rayonunda taxıl sahəsi yanıb

Ağdaş rayonunda taxıl sahəsi yanıb
# 13 iyun 2012 15:17 (UTC +04:00)
Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda taxıl sahələri yanıb. APA-nın məlumatına görə hadisə Ərəbocağı və Xınaxlı kəndlərində qeydə alınıb. Ümumilikdə beş hektara yaxın taxıl sahəsi yanıb.
Hadisə yerinə cəlb edilən iki yanğınsöndürən maşın və canlı qüvvə alovun yayılmasının qarşısını alıb.
Kürdəmir rayonunun Topalhəsənli, Xırdapay və Şahsevən kəndlərində isə 5 hektar ərazidə quru ot və kol yanıb. Yanğın Şahsevən kənd sakininin həyətyanı sahəsinə daxil olsa da, yanğınsöndürənlər alovun qarşısını vaxtında alıblar, yaşayış evi və tövlə mühafizə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR