Azərbaycan Diplomatik Akademiyasının Kitab Mərkəzində II Beynəlxalq Festival keçiriləcək
26 aprel 2012 10:20 (UTC +04:00)
Bakı – APA. Aprelin 27-də Azərbaycan Diplomatik Akademiyası (ADA) və ADA Kitab Mərkəzi II Beynəlxalq Festival keçirəcək. ADA-dan APA-ya verilən məlumata görə, ADA Kitab Mərkəzində keçiriləcək festivalın məqsədi, iyirmiyədək ölkənin nümayəndələrini bir yerə gətirməklə, müxtəlif mədəniyyətlər arasında dialoq yaratmaq və Azərbaycandakı beynəlxalq tələbələrin ünsiyyət qurmasına şərait yaratmaqdır.
Festivalda Azərbaycandakı səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən, ADA-da təhsil alan əcnəbi tələbələr iştirak edəcəklər.
Qeyd edək ki, I Beynəlxalq Festival 2011-ci ilin aprelində keçirilib. 17 səfirliyin iştirakı ilə keçirilmiş tədbirdə müxtəlif rəqs və musiqi nümunələri ifa olunmuş, fərqli ölkələrin milli mətbəxləri, rəngarəng ölkə stendləri və milli geyimlər təqdim edilmişdi. İlk festivalda 200-dən artıq qonaq iştirak edib.
Builki festivalla isə 20 ölkənin səfirliyi öz ölkəsini və mədəniyyətini sərgiləyəcək.
Qonaqlar səfirliklərin nümayəndələri ilə görüşəcək, onların fəaliyyətləri ilə tanış olacaq, xarici təşkilatlar və tələbələrlə ünsiyyət quracaq, müxtəlif mədəniyyətlər barədə məlumat almaq şansı qazanacaqlar.
Qonaqların, həmçinin, böyük çeşiddə milli mətbəxlərin dadına baxmaq, musiqi və rəqs ifalarından zövq almaq imkanı olacaq.

Xarici siyasət
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:18
6 may 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, ekspert qruplarının işi davam edir
18:01
6 may 2024
Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO
17:58
6 may 2024
Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq
17:13
6 may 2024