Avropa bankları Ermənistan sərhədlərinin modernləşdirilməsinə kredit ayırıb
22 oktyabr 2012 11:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Avropanın iki bankı Ermənistanın sərhədlərində modernləşmə işlərinin aparılmasına 40,6 milyon avro kredit ayıracaq. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, ötən həftə Ermənistan hökuməti Avropa İnvestisiya Bankı tərəfindən ayrılan 30.3 milyon avro və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılan 10,3 milyon avro kreditin alınmasına dair sazişi təsdiqləyib.
Alınan kredit hesabına Gürcüstanla sərhəddə yerləşən Baqrataşen, Bavra və Qoqavan sərhəd məntəqələri modernləşdiriləcək.
Bununla yanaşı, erməni KİV-ləri Rusiyanın Ermənistanın İran və Türkiyə ilə sərhədlərində mühafizə sisteminin yenidən qurulmasına kömək göstərəcəyi barədə məlumat yayıb. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, Ermənistanda Rusiya Federasiyası Dövlət sərhədlərinin bərpası Agentliyinin nümayəndəliyi yaradılacaq.

Xarici siyasət
Paşinyan: Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi XİN başçılarının görüşündə müzakirə olunmalıdır
12:57
7 may 2024
Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə imzalanacaq
12:48
7 may 2024
Bolqarıstan Prezidenti Azərbaycana gəlir
12:47
7 may 2024
Siyavuş Novruzov: Şuşanı azad edənlərdən ermənilərin intiqamını sanksiyalarla almağa çalışırlar
12:32
7 may 2024