Vyanada “İnkişaf üçün Şərq Tərəfdaşlığı Proqramı” mövzusunda konfrans keçiriləcək

Vyanada “İnkişaf üçün Şərq Tərəfdaşlığı Proqramı” mövzusunda konfrans keçiriləcək
# 17 aprel 2012 15:19 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Mayın 24-də Vyanada “İnkişaf üçün Şərq Tərəfdaşlığı Proqramı” (Eastern Partnership for Growth) mövzusunda konfrans keçiriləcək.

APA-Economics”in xəbərinə görə, tədbir Avropa İnvestisiya Bankı tərəfindən təşkil olunub.

Konfransda üç əsas mövzu - regional iqtisadi perspektivlər və prioritetlər, özəl sektorun inkişafı və Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdə iqtisadiyyatın inkişafı üçün infrastruktur məsələləri müzakirə olunacaq.

Tədbir iştirakçıları proqram ölkələri arasında əməkdaşlığın inkişafı, yerli özəl sektorun inkişafını stimullaşdırmaq məqsədilə kiçik və orta biznesin korporativ müştəriləri üçün maliyyə təqdim edən bankların rolu məsələlərini müzakirə edəcəklər.

Konfransda Şərq Tərəfdaşlığı Proqramına və Avropa Birliyinə üzv ölkələrin nümayəndə heyətləri, şirkətlərin təmsilçiləri, Avropa İnvestisiya Bankının prezidenti Verner Xoyer iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR