Misirdə 2 gün ərzində 12 nəfər həlak olub

Misirdə 2 gün ərzində 12 nəfər həlak olub
# 04 fevral 2012 17:14 (UTC +04:00)
Bakı-APA. Son 2 gündə Misirdə baş verən qarşıdurmalarda 12 nəfər həlak olub. Bu barədə Misir səhiyyə nazirliyinin nümayəndəsi Hişam Şiha məlumat verib. O bildirib ki, paytaxt Qahirədə daxili işlər nazirliyinin binasının yanında nümayişçilər və polis arasında baş vermiş qarşıdurma nəticəsində 7 nəfər həlak olub. Süveyş şəhərində baş vermiş iğtişaşda isə 5 nəfər ölüb.

Hazırda Süveyş və İskəndəriyyə şəhərlərində iğtişaşlar davam edir. İğtişaşlara bir neçə gün əvvəl Port-Səid şəhərində keçirilmiş futbol oyunundan sonra 74 nəfərin ölümü ilə nəticələnmiş hadisələr səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR