Azərbaycan DİN-in Ali Hərbi Məktəbi 2013-2014-cü ildə yaradılacaq

Azərbaycan DİN-in Ali Hərbi Məktəbi 2013-2014-cü ildə yaradılacaq
# 07 mart 2012 14:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Daxili Qoşunların komandanı Zakir Həsənov DQ-nin yaradılmasının 20-ci illiyi münasibətilə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Z. Həsənov qeyd edib ki, bu məktəbdə daxili işlər sistemi üzrə zabit hazırlıqları həyata keçiriləcək: “Zabitlərin səviyyəsini qaldırmaq üçün 2008-ci ildə orta ixtisas zabit məktəbi yaradılıb. Daxili Qoşunlarda əsgər kimi xidmət etmiş, müsbət xarakterizə olunanların həmin məktəbə daxil olmasına şərait yaradırıq. Artıq məktəbin iki buraxılışı olub”.

Z. Həsənov zabit və gizirlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında da danışıb: “Hazırda Daxili Qoşunların zabitlərinin 80 faizi xidməti mənzillə təmin olunub. Ötən il 700 nəfərə mənzil verilib. Bu işlər gələcəkdə də davam etdiriləcək”.

Komandan deyib ki, qoşunda qarşılıqlı hörmətə üstünlük verilməlidir: “Hərbi qurumda qarşılıqlı hörmət və sağlam mühit vacibdir. Bu olmasa, nəticəyə və nailiyyətə nail olmaq mümkün olmaz”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR