ADNA-da “Təmiz Şəhər”in növbəti mühazirələri keçirilib

ADNA-da “Təmiz Şəhər”in növbəti mühazirələri keçirilib
# 18 iyun 2012 13:05 (UTC +04:00)
Bakı – APA-Economics. “Təmiz Şəhər” ASC gənc nəslin ekoloji maarifləndirilməsi və tərbiyəsi məqsədilə 2010-cu ildən başlayaraq Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə əməkdaşlıq edir.
ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu əməkdaşlığın davamı olaraq may ayında ADNA-nın “Dağ-mədən mühəndisliyi” ixtisasının və “Tempus” proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə təhsil alan tələbələrinə “Təmiz Şəhər” ASC tərəfindən “Bərk Məişət Tullantılarının idarə olunması” mövzusunda mühazirələr oxunub. Mühazirələr tələbələrin böyük marağına səbəb olub.
Gələcəkdə tədris olunan mühazirələrin effektivliyinin artırılması məqsədilə “Təmiz Şəhər” ASC tərəfindən “Faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasına” 1 ədəd noutbuk hədiyyə edilib.
Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR