«Fitch Ratings» agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini təsdiqləyib

«Fitch Ratings» agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini təsdiqləyib
# 20 aprel 2012 07:51 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə agentliyin rəsmi məlumatında deyilir.

Məlumatda bildirilir ki, ARDNŞ-ın reytinqi dövlət dəstəyi, şirkətin strateji sahədə fəaliyyət göstərməsi kimi amilləri əks etdirir. Bundan əlavə, agentlik şirkətin güclü maliyyə mövqelərinin olduğunu vurğulayır və bu mövqelərin 2012-ci ildə daha da güclənəcəyini proqnozlaşdırır.

Agentlik bildirir ki, ARDNŞ 2012-2015-ci illərdə 5,3 mlrd. dollar həcmində investisiya yatırmağı planlaşdırır ki, bura həm Türkiyədə «Petkim Petrokimya Holdings» neft emalı zavodunun və Bakıdan kənarda neft, qaz və kimya emal kompleksinin tikintisi daxildir. Eyni zamanda bildirilir ki, şirkətin fəaliyyətinin miqyası nisbətən kiçikdir və bu, reytinqin yüksəlməsinin qarşısını alan amildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR