Azərbaycanın Şamaxı rayonunda sürüşmə zonaları aktivləşib
17 mart 2012 08:47 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.
Onun sözlərinə görə, Muğanlı kəndindəki sürüşmə sahəsindəki çatlarda genişlənmə müşahidə olunub: “Bu kənddə 14 ev bilavasitə sürüşmə kütləsinin üstündə yerləşir. Ötən il Fövqəladə Hallar Nazirliyi ilə birlikdə həmin evlərin köçürülməsi barədə arayış tərtib edib Nazirlər Kabinetinə təqdim etmişik. Hazırda həmin evlərdə əhali yaşamır. Çünki həmin evlərdə nəinki yaşamaq, hətta o evlərə girmək belə təhlükəlidir. Ümumiyyətlə, Muğanlı kəndinin ərazisinin yarıdan çoxu sürüşmə sahəsində yerləşir”.
Ş. Niftiyevin sözlərinə görə, Şamaxının Sagiyan kəndində də 18 ev sürüşmə sahəsində yerləşir: “Qar əridikcə, bu proseslər daha da aktivləşir. Ümumiyyətlə, hazırda Şamaxı rayonunda aktiv olan 11 sürüşmə sahəsində 138 ev tamamilə deformasiyaya uğrayıb. Rayonun Dədəgünəş kəndində də 39 evin bütövlükdə köçürülməsi ilə bağlı akt tərtib edilib. Çağan-1 kəndində 7, Çağan-2 kəndində isə 8 ev sürüşmə sahəsindədir. Miri, meysəri, Cabani kəndlərində də sürüşmə sahəsində olan evlər var”.

Sosial
Əksər rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
10:31
12 may 2024
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
07:17
12 may 2024
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
07:06
12 may 2024
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024