Bakının mərkəzində içməli suyun verilməsində fasilələr olacaq

Bakının mərkəzində içməli suyun verilməsində fasilələr olacaq
# 22 avqust 2012 12:27 (UTC +04:00)
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində «Azərsu» ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsi istiqamətində işləri yekunlaşdırıb: «Prospektin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadədə olan 1 960 metr metal borulardan ibarət su xətləri yeniləri ilə əvəz olunub. Bundan başqa, Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində uzunluğu 1 286 metr olan yeni magistral su xəttinin çəkilişi başa çatıb».

Hazırda çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar avqustun 23-də və 24-də Bakı şəhəri Səbail rayonun Bayıl qəsəbəsi, Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, İstiqlaliyyət və Niyazi küçələrinə içməli suyun verilməsində fasilələr olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR