Şəkidə başlayan yanğın Oğuz rayonu ərazisinə keçib, ümumilikdə 25 hektar ərazi yanıb

Şəkidə başlayan yanğın Oğuz rayonu ərazisinə keçib, ümumilikdə 25 hektar ərazi yanıb
# 02 aprel 2012 06:59 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin(FHN) Balakən və Şəki Yanğından Mühafizə Hissələrindən məlumat verilib. Şəki rayonunun Küncüt bələdiyyəsinə məxsus sahədə baş verən yanğın qısa müddət ərzində yanğın böyük ərazini əhatə edib, əraziyə FHN-nin Şəki və Oğuz YMH-nin texnikası və canlı qüvvəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları cəlb edilib. Yanğın genişlənərək Oğuz rayonu ərazisinə də keçib. Baş vermiş yanğın aprelin 1-i gecə saat 02.00 radələrində tam söndürülüb. Yanğının genişlənərək meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində Şəki rayonunun Küncüt bələdiyyəsinə məxsus sahədə 19 hektar, Oğuz rayonuna məxsus sahədə isə 6 hektar ərazisində quru ot və kol-kos yanıb. İlkin ehtimala görə, yanğına səbəb Oğuz-Şəki yolunun mühafizə zolağının ətrafında yaşayan, mal-qara otaran qaçqın və məcburi köçkünlər tərəfindən yandırılan tonqal olub.

Balakənin Qabaqçöl qəsəbəsi, Meşəşanbul kəndində Sunalov Məhəmməd Həybullah oğluna məxsus, ümumi sahəsi 40 kv/m olan, ikiotaqlı evdə baş verib. Hadisə yerinə Balakən YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. M. Sunalova məxsuz ev ağac materialından tikildiyindən evi yanğından mühafizə etmək mümkün olmayıb. Ev içərisində əşyalarla birlikdə yanıb. Yanğın nəticəsində ev sahiblərindən xəsarət alan olmayıb. Faktla bağlı Balakən və Şəki YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR