İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 40 nəfər ölüb

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində 40 nəfər ölüb
# 11 avqust 2012 19:01 (UTC +04:00)
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Təcili Tibbi Yardım Mərkəzinin sədri Qulamrza Məsumi açıqlama verib. O bildirib ki, hazırkı məlumatlara görə, ən güclü zəlzələnin baş verdiyi Əhər və Vərzigan şəhərlərində 40-50 nəfər ölüb: “Yaralılar Təbriz və Ərdəbil xəstəxanalarına yerləşdirilir”.

Qeyd edək ki, bu gün İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər və Vərzigan şəhərlərindədir. Gün ərzində bir neçə dəfə zəlzələ baş verən Vərziganda ən son yerli vaxtla saat 20:13-də 4.8 bal gücündə zəlzələ qeydə alınıb. Ağır yaralıları nəzərə alaraq ölü sayının artacağı da istisna edilmir.

Zəlzələ Azərbaycan sərhəd ərazilərində, o cümlədən Ermənistanda da hiss olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR