“Eurovision” mahnı müsabiqəsinin finalı ilə əlaqədar Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

“Eurovision” mahnı müsabiqəsinin finalı ilə əlaqədar Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 26 may 2012 09:10 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu gün saat 17:00-dan etibarən müsabiqə başa çatana qədər Bayraq meydanından Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti, eyni zamanda ona bitişik, paralel və kəsişən yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

V. Əsədov tədbirlə əlaqədar olaraq həmin ərazidə yaşayan vətəndaşlardan, eyni zamanda digər şəhər sakinlərindən bir gün ictimai nəqliyyatdan istifadə etməyi xahiş edib: “Biz əhalidən xahiş edirik ki, bir gün ictimai nəqliyyatdan istifadə etsinlər. Qeyd olunan ərazilərə şəxsi avtomobillərlə gəlməsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR