Bu il Azərbaycanda 600 kiçik müəssisə özəlləşdirilib

Bu il Azərbaycanda 600 kiçik müəssisə özəlləşdirilib
# 16 oktyabr 2012 13:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kiçik özəlləşdirmə formasında 600-ə yaxın müəssisə və obyekt özəlləşdirilib. «APA-Economics»in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində ilk 9 ayda görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən iclasda bildirilib.

Toplantıda qeyd olunub ki, ilk 9 ayda 370-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Səhmlərin satışı üzrə keçirilmiş 50-ə yaxın pul və ixtisaslaşdırılmış pul hərracında 30-a yaxın səhmdar cəmiyyətin səhmləri satılıb.

Bu dövrdə Əmlak Məsələləri Dövlət Komitəsinin müəyyən edilmiş fəaliyyət istiqamətlərini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb. Belə ki, hesabat müddətində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 20 normativ-hüquqi sənədlərin layihələri hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR