İran ABŞ-a humanitar yardım təklif edib

İran ABŞ-a humanitar yardım təklif edib
# 01 noyabr 2012 07:10 (UTC +04:00)
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, İran Qızıl Aypara Cəmiyyəti “Sendi” qasırğasından sonra yaranmış problemləri aradan qaldırmaq üçün ABŞ xalqına kömək etməyə hazır olduğunu bildirib.

Qurum bununla bağlı ABŞ Qızıl Xaç Cəmiyyətinə məktub da göndərib.

İran Qızıl Aypara Cəmiyyəti məktubunda ABŞ xalqının baş vermiş təbii fəlakət nəticəsində maddi-mənəvi ziyana uğramasından narahatlıq keçirdiyini və zərər çəkmiş amerikalılara humanitar yardım göndərməyə hazır olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR