Dünyada 7 nəfərdən biri aclıqdan əziyyət çəkir

Dünyada 7 nəfərdən biri aclıqdan əziyyət çəkir
# 02 noyabr 2012 09:35 (UTC +04:00)
Bakı. Könül Kamilqızı - APA. “Bu gün dünyada hər 7 nəfərdən biri aclıq içərisində yaşayır”. APA-nın xəbərinə görə, bunu “Dialoq Avrasiya Platformu”nun Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı deyib.

O bildirib ki, 1 milyard insan dünyanın qlobal problemi olan aclıq, 2 milyard insan yoxsulluq, 1,5 milyard insan isə xəstəliklərlə mübarizə aparır: “Əgər dünyanın 7 milyard əhalisinin hər 7 nəfərindən biri acdırsa, digər 6 milyard insan rahat yaşaya bilməz. Odur ki, yaxşı yaşayan hər 6 nəfər yoxsulluqdan əziyyət çəkən 1 nəfərə kömək etməldir”.

M.Saatçı əlavə edib ki, Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Belə ki, Azərbaycanda iqtisadiyyat günü-gündən inkişaf edir: “Ancaq bu problemin Azərbaycana yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR