Ordubadda ölümlə nəticələn yol qəzası baş verib

Ordubadda ölümlə nəticələn yol qəzası baş verib
# 03 mart 2012 09:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA Martın 2-də saat 07.30 radələrində Ordubad rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Naxçıvan şəhər sakini Azər Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomaşınla Ordubad sakini Abgül İsmayılovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR