Azərbaycan Əfqanıstana humanitar minatəmizləmə sahəsində daha bir neçə istiqamətdə köməkliklər göstərəcək

Azərbaycan Əfqanıstana humanitar minatəmizləmə sahəsində daha bir neçə istiqamətdə köməkliklər göstərəcək
# 20 aprel 2012 14:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan qeyri-hərbi sahədə yardımlar çərçivəsində Əfqanıstana humanitar minatəmizləmə sahəsində daha bir neçə istiqamətdə köməkliklər göstərəcək. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Mina təhlükəsinə dair Maarifləndirmə şöbəsinin meneceri Musa Cəlalov məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstan tərəfinin müraciəti əsasında bu il Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) proqramı üzrə bu ölkəyə yardımların göstərilməsi, həmçinin Əfqanıstanın müvafiq qurumlarının və Təhsil Nazirliyinin nümayəndələrinin Azərbaycana dəvət olunması və burada treninqlərin keçirilməsi nəzərdə tutulur. Əfqanlara həmçinin mina qurbanlarına yardım, informasiya bazasının yaradılması və s. sahələrdə köməkliklər göstəriləcək.

Bundan başqa, Əfqanıstan Təhsil Nazirliyinin sifarişi üzrə, MTM dərsliyi puştu dilinə tərcümə olunduqdan sonra, ANAMA-nın hesabına 30-40 min tirajla çap olunaraq bu ölkəyə göndəriləcək. Artıq bununla bağlı tərəflər arasında müqavilə bağlanıb: «İndiyədək ANAMA tərəfindən dari dilinə tərcümə olunaraq çap edilmiş 25 min dərslik Əfqanıstana göndərilib. Bu dərsliyi tədris edən əfqan müəllimlərinə treninqlər keçirilib. Əfqanıstan bizdən 2014-cü ilədək hər il üçün 30-40 min MTM dərsliyi istəyib”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR