AZAL aviaşirkəti Bakı-Aberdin reysini Bakı-London aviareysi ilə əvəzləyəcək

AZAL aviaşirkəti Bakı-Aberdin reysini Bakı-London aviareysi ilə əvəzləyəcək
# 09 fevral 2012 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Aberdin aviareysini Bakı-London aviareysi ilə əvəzləyəcək. Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 08:50-də yerinə yetirilməsi planlaşdırılan Bakı-Aberdin aviareysi axşam saat 19:05-dək təxirə salınıb: «Bakı-Aberdin aviareysinə bilet almış sərnişinlər AZAL-ın Bakı-London aviareysi ilə müvafiq olaraq London şəhərinə çatdırılacaq, daha sonra isə AZAL-ın hesabına təyyarə vasitəsilə Londondan Aberdinə uçacaqlar. Bakı-Aberdin aviareysinin sərnişinlərinin London-Aberdin aviareysi üçün biletləri artıq hazırdır».

M.Səfərli onu da qeyd edib ki, bu gün AZAL Bakı-Tehran və Bakı-Gəncə aviareyslərini də (ATR təyyarələri ilə) təxirə salıb.

Qeyd edək ki, Bakı-Aberdin aviareysləri hər həftənin IV və VII günləri yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR