Məktəb direktorları yeni fənn kurrikulumları ilə əlaqədar təlim kurslarına cəlb olunacaqlar

Məktəb direktorları yeni fənn kurrikulumları ilə əlaqədar təlim kurslarına cəlb olunacaqlar
# 19 sentyabr 2012 12:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil naziri Misir Mərdanov 2012-2013-cü tədris ilində respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorlarının yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmr Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) “Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi” 2-ci komponentinin icra planına uyğun olaraq verilib. Əmrə əsasən, 2012-2013-cü tədris ilində respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə bu ilin oktyabr-dekabr aylarında 30 saatlıq (5 günlük) təlim kursları təşkil ediləcək.
Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin direktorları isə məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR