Dövlət Filarmoniyasının təmiri başa çatıb

Dövlət Filarmoniyasının təmiri başa çatıb
# 18 aprel 2012 13:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Paytaxtın Səbail rayonunda yerləşən Dövlət Filarmoniyasının binasında aparılan təmir işləri başa çatıb. APA-nın xəbərinə görə, bu barədə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2012-ci ilin I rübünün yekunlarına dair iclasda məlumat verib. O, 20-ci yaşayış sahəsində “Bibiheybət” stadionunun əsaslı şəkildə yenidən qurulduğunu bildirib. A. Əsgərov sökülmüş “Cənub” mehmanxanasının yerində 7 mərtəbəli yeni mehmanxana binasının tikintisinə başlandığını da söyləyib.

İcra başçısı qeyd edib ki, rayonda çalışan işçilərin sayı 98670 nəfər, orta aylıq əmək haqqının məbləği isə 846,8 manat olub ki, bu da keçən illə müqayisədə 4,4 faiz çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR