«Texnika Leasing» şirkətinin adı dəyişdirilir

«Texnika Leasing» şirkətinin adı dəyişdirilir
# 11 oktyabr 2012 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanın «Bank Technique» ASC-nin törəmə müəssisəsi olan «Texnika Leasing» QSC-nin də adı dəyişdiriləcək. Bu barədə «APA-Economics»ə «Bank Technique» ASC-dən bildirilib.

Bankdan verilən məlumata görə, hazırda lizinq şirkətinin adının dəyişdirilməsi istiqamətində müvafiq işlər aparılır. Lizinq şirkətinin yeni brendi bankın brendinə uyğun olacaq. Bütün bu proseslər yaxın vaxtlarda başa çatdırılacaq.

Qeyd edək ki, bu yaxınlarda «Texnika Bank»ın adı dəyişərək «Bank Technique» olub.

Xatırladaq ki, «Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-və şirkətin nizamnamə kapitalı 6 mln. manat təşkil edib. Şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19% olmaqla, 6-24 ay müddətinə verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25% olmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR