Azərbaycan Müdafiə Nazirliyinə məxsus hərbi şəhərcikdə yanğın baş verib, bir zabit ağır yaralanıb

Azərbaycan Müdafiə Nazirliyinə məxsus hərbi şəhərcikdə yanğın baş verib, bir zabit ağır yaralanıb
# 02 noyabr 2012 10:25 (UTC +04:00)
Ordunun leytenantı Xudatov Arif Yusif oğlu yaşadığı yerdə qəza nəticəsində baş verən yanğın zamanı bədən xəsarətləri alıb. Zabit Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Bildirib ki, hazırda zabitin vəziyyəti stabil ağır qiymətləndirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qəza zamanı yanıq xəsarətləri alan zabit A. Xudatov Gəncə şəhərindən xidmətə çağırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR