Moskvada 25 yaşlı qadın ildırım vurması nəticəsində ölüb

Moskvada 25 yaşlı qadın ildırım vurması nəticəsində ölüb
# 08 may 2012 16:53 (UTC +04:00)
Bakı - APA. Moskvada ildırım vurması nəticəsində bir qadın dünyasını dəyişib. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, hadisə qadın əri ilə İkinci Vladimir küçəsində gedirkən baş verib.

25 yaşlı qadın Moskvaya Tatarıstandan gəlibmiş. Kazan şəhər sakini Yuliya Kostyuk mobil telefonla danışarkən şimşək çaxıb. İldırım telefondan sonra onun ürəyindən vurub və kürəyindən çıxıb. Qadının əri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR