Azərbaycan prezidenti “Stratfor”un təsisçisi və icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan prezidenti “Stratfor”un təsisçisi və icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
# 13 sentyabr 2012 14:54 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, “Stratfor” analitik mərkəzi ilə ölkəmizin müxtəlif analitik mərkəzləri arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR