TQDK nəşrlərinin saxtalaşdırılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib
23 oktyabr 2012 07:57 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: “Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır. Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən komissiyanın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu isə istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin meydana çıxmasına səbəb olur. Buna görə də TQDK, abituriyentləri və onların valideynlərini, həmçinin orta ümumtəhsil müəssisələrində çalışan müəllimləri həmin vəsaitləri alarkən diqqətli olmağa çağırır. Orijinal nəşrləri saxta nəşrlərdən fərqləndirmək mümkündür. Belə ki, orijinal kitablarda TQDK-nın loqosu, fənnin adı və sinif yazıları qabarıq və ilişkənli formada çap olunduğundan onları əl toxunuşu ilə eyni cür çap olunmamış saxta nümunələrdən fərqləndirmək mümkündür. Onu da bildiririk ki, yuxarıda qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub”.
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024