Ələddin Bürucerdi: ““Altılıq” ölkələrinin Tehrana qarşı müsbət mövqeyi İranın nüvə proqramına yönələn təxribatları zərəsizləşdirir”

Ələddin Bürucerdi: ““Altılıq” ölkələrinin Tehrana qarşı müsbət mövqeyi İranın nüvə proqramına yönələn təxribatları zərəsizləşdirir”
# 03 may 2012 10:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. ““Altılıq” ölkələrinin Tehrana qarşı müsbət mövqeyi bəzi qüvvələrin İranın nüvə proqramına yönələn təxribatlarını zərəsizləşdirir”. APA-nın məlumatına görə, bu fikirləri İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Ələddin Bürucerdi deyib.

O bildirib ki, İranla “altılıq” ölkələri arasındakı müzakirələri məğlubiyyətə uğratmağa çalışan İsrail rəsmiləri gizli səfərlər həyata keçirirlər: “Bu düşmənlərin İrana qarşı məkrli hiyləsidir. İsrail və ərəb şeyxləri tərəfindən bu kimi səylər İstanbul müzakirələrindən öncə də həyata keçirildi, amma əks nəticə verdi. Ümid edirəm ki, Bağdad görüşünü uğursuzluğa sürükləməyə çalışan İsrail və ərəb şeyxlərinin səyləri bu dəfə də nəticə verməyəcək. “Altılıq” ölkələri də məsələnin müzakirələr yolu ilə həllində maraqlıdırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR