AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin sayı açıqlanıb - YENİLƏNİB

AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin sayı açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 30 mart 2012 08:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlaqədar ümumilikdə 255 nəfər sənəd verib. Bu barədə APA-ya Rəyasət Heyətinin akademik-katibi Vaqif Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, elana əsasən seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakantyer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib.

V. Fərzəliyev deyib ki, yaxın zamanlarda AMEA bölmələrinin ekspert komissiyaları təqdim edilən sənədlərin araşdırılmasına başlayacaq. Ekspert komissiyaları AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin ixtisaslarının uyğunluğunu yoxlayacaq və hansı namizədin daha layiqli olduğunu müəyyən edəcək. Əsasnaməyə əsasən AMEA üzvlüyünə seçkilər elan verilən gündən 3 ay sonra keçirilməlidir.

Qeyd edək ki, hazırda AMEA-nın 56 həqiqi, 106 müxbir üzvü var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR