Azərbaycanın Qax rayonunda törədilən qətlin üstü açılıb

Azərbaycanın Qax rayonunda törədilən qətlin üstü açılıb
# 09 avqust 2012 08:12 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın Qax rayonunda törədilən qətlin üstü açılıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Alatəmir kənd sakini, 1982-ci il təvəllüdlü Saknelaşvili Sorena Quramovnanın başından daşla vurularaq öldürüldüyü müəyyənləşib. Hadisəni törətməkdə təqsirli bilinən elə həmin kənd sakini, 1988-ci il təvəllüdlü Papiyaşvili Asiko Qiorqiyeviç tutularaq istintaqa təhvil verilib. İlkin dindirilmə zamanı o, 30 yaşlı qızı 15 manat borca görə öldürdüyünü bildirib.

Qeyd edək ki, məlum hadisə avqustun 5-də Qaxın Alatəmir kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Saknelaşvili Sorena Quramovnanın yaşadığı evin həyətyanı sahəsində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla bağlı cinayət başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR