«Diplomat & International Canada» jurnalı Azərbaycan barədə məqalə dərc edib

«Diplomat & International Canada» jurnalı Azərbaycan barədə məqalə dərc edib
# 09 oktyabr 2012 22:38 (UTC +04:00)
Bakı-APA. Kanadanın “Diplomat & International Canada” jurnalının 2012-ci ilin payız buraxılışında Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin “Mədəni möcüzələrlə zəngin olan Azərbaycan sizi gözləyir” (Abundant with cultural wonders, Azerbaijan awaits) başlıqlı məqaləsi dərc olunub. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.

Məqalədə paytaxt Bakının tarixi yerləri, o cümlədən İçərişəhər haqqında informasiya ilə yanaşı, Atəşgah, Yanar Dağ, Qobustan qayaüstü rəsmləri və ölkəmizin müxtəlif bölgələrinin maddi mədəniyyət nümunələri və həyat tərzi mətbəxi, fauna və florası haqqında geniş məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR