Qaradağ rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Qaradağ rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 31 avqust 2012 20:53 (UTC +04:00)
Bakı-APA. Qobustan və Ələt qəsəbələri arasında axşam saatlarında ağır yol qəzası baş verib. Bakı - Qazax istiqamətində hərəkət edən “Otoyol” markalı sərnişin avtobusu ilə əks istiqamətdə hərəkətdə olan VAZ -2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 4 nəfərdən 3-ü hadisə yerində dünyasını dəyişib. Bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Dərhal hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR