Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Səudiyyə Ərəbistanında beynəlxalq konfransa qatılıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Səudiyyə Ərəbistanında beynəlxalq konfransa qatılıb
# 02 iyun 2012 15:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanının Sərhəd Mühafizəsi Fondunun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans və sərgi işə başlayıb. APA-nın məlumatına görə, iyunun 7-dək davam edəcək tədbir Səudiyyə Ərəbistanı şahzadəsi, baş nazirin müavini və daxili işlər naziri Naif ibn Əbdüləziz əs-Səudun himayəsi altında keçirilir.

Konfrans və sərgidə müxtəlif ölkələrin sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və sərhəd mühafizə sistemlərinin istehsalı üzrə ixtisaslaşmış şirkətlər iştirak edir.

Tədbirə Azərbaycandan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR