Türkiyədə ardıcıl 4 partlayış olub, 4 əsgər ölüb, 6-sı yaralanıb-YENİLƏNİB

Türkiyədə ardıcıl 4 partlayış olub, 4 əsgər ölüb, 6-sı yaralanıb-<font color=red>YENİLƏNİB </font>
# 22 avqust 2012 21:02 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri bölgədə terrorçulara qarşı əməliyyatların davam etdiyini bildirib.

***
23.25/ Bakı-APA. Türkiyənin Hakkari vilayətində PKK terrorçuları hərbi maşın karvanı keçən yolda ardarda 4 partlayış törədib.

APA-nın CNNTÜRK-ə istinadən verdiyi xəbərə görə, terror aktı Hakkari şəhərinin Şemdinli qəsəbəsindən 20 km aralıda baş verib. Hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin “Kobra” vertolyotları və hərbi texnikası cəlb olunub.

Eyni zamanda bölgənin İran sərhədi yaxınlığında jandarma məntəqəsi minaatandan atəşə tutulub.

Hər iki terror aktı nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR