Bakı 2020 il Olimpiya Oyunlarını keçirməyə namizəd-şəhərlərin üçlüyünə düşə bilməyib

Bakı 2020 il Olimpiya Oyunlarını keçirməyə namizəd-şəhərlərin üçlüyünə düşə bilməyib
# 24 may 2012 04:49 (UTC +04:00)
APA-nın BOK-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, 32-ci Olimpiadanı keçirməyə üç namizəd-şəhər qalıb: İstanbul, Tokio və Madrid. Olimpiadanın hansı şəhərdə keçirilməsi barədə son qərar 2013-cü ilin sentyabrında veriləcək.

Qeyd edək ki, İstanbul Olimpiya oyunları üçün namizədliyini 5, Madrid 3, Bakı, Doha və Tokio isə 2 dəfə irəli sürüb.

Bu ölkələr arasında yalnız Tokio (1964 ildə) Olimpiada keçirmək təcrübəsinə malikdir.

Xarici mütəxəssislərin ehtimallara görə, Dohada yay vaxtı həddindən artıq havaların isti keçməsi, Bakı isə geniş miqyaslı idman yarışları keçirmək təcrübəsi olmaması səbəbindən namizədlər siyahısından çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR