Heydər Əliyev prospektinin müvəqqəti bağlanan hissəsində hərəkət bərpa edilib

Heydər Əliyev prospektinin müvəqqəti bağlanan hissəsində hərəkət bərpa edilib
# 17 may 2012 15:21 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Böyükşor yol qovşağına daxil olan asma körpünün aşırım qurğusunun müvəqqəti dayaqlarının sökülməsi işləri başa çatdırılıb və bu ərazidə bağlanan yolda hərəkət bərpa edilib.

P.Mürsəliyev onu da bildirib ki, sözügedən asma körpü yaxın günlərdə istismara veriləcək: “Hazırda burada son işlər tamamlanmaq üzrədir. Belə ki, körpünün rənglənmə işləri, məhəccərlərin quraşdırılması, ətrafın yaşıllaşdırılması kimi işlər aparılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR