Azərbaycanın Oğuz rayonunda ağır yol qəzası olub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Azərbaycanın Oğuz rayonunda ağır yol qəzası olub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 26 may 2012 08:35 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə mayın 25-i gecə saat 22:45 radələrində Oğuz rayonunun Baş Daşağıl kəndi ərazisində baş verib. Oğuz şəhər sakini, 1988-ci il təvəllüdlü Ağabəyov Seymur Məcnun oğlu idarə etdiyi “VAZ 21012” markalı, 10 BZ 102 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı ağaca çırpıb.

Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan Seymur Ağabəyov və onun sərnişini, 1988-ci il təvəllüdlü Oğuz rayonu Bucaq kənd sakini Lətifov Natiq Mövlud oğlu Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, S. Ağabəyovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Oğuz RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR