Mətbuat Şurasının sədri Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərini qəbul edib

Mətbuat Şurasının sədri Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərini qəbul edib
# 24 iyul 2012 14:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşüb. APA-nın məlumatına görə, Mətbuat Şurasında baş tutan görüşdə Şimali Kipr mediası ilə Azərbaycanın kütləvi informasiya vasitələri arasındakı əlaqələrin hazırkı vəziyyətinə dair müzakirələr aparılıb.

MŞ sədri Ə.Amaşov Z.Qazioğlunun Azərbaycanda diplomatik missiya yerinə yetirdiyi müddətdə mediamızın daim diqqət mərkəzində olan şəxsə çevrildiyini, rəğbətlə qarşılandığını vurğulayıb. Bu amili ümumən qarşılıqlı münasibətlərdə ən mühüm cəhət kimi önə çəkib.

Bu günlərdə ölkəmizdəki diplomatik misiyasısı başa çatacaq Z.Qazioğlu Bakıda keçirdiyi illərin peşəkar fəaliyyətində son dərəcə önəmli yer tutduğunu vurğulayıb. Xüsusən Azərbaycan mediası ilə təmaslardan daim zövq aldığını, KİV-lərimizin Şimali Kipr həqiqətlərinin çatdırılmasında fəal mövqe nümayiş etdirdiyini önə çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR