Şəkidə yanğın baş verib

Şəkidə yanğın baş verib
# 26 iyul 2012 07:22 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəkidə yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumata görə, yanğın hadisəsi rayonun Şəki kəndində Namazov Eldəniz Şükür oğlunun yaşadığı evin həyətyani sahəsindəki quru ot tayasında baş verib. Hadisə yerinə Şəki YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 5 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində ot tayasının yaxınlığında olan yaşayış evi və digər tikililər yanğından mühafizə edilib. Fakla bağlı Şəki YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR