Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində işlər uğurla davam edir

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində işlər uğurla davam edir
# 08 noyabr 2012 11:10 (UTC +04:00)
Bakı – APA-Economics. İndiyədək Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 km uzunluğunda yeni yolun üst quruluşu inşa edilib.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov YAP-ın veb-saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda yolun bu hissəsində süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının tikintisi davam edir.

Yolun 101-103 kilometrlik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 km olan Marabda-Axalkalaki sahəsində bərpa-yenidənqurma işləri də davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR