Şamaxı ərazisində magistral qaz kəmərində güclü partlayış baş verib - YENİLƏNİB

Şamaxı ərazisində magistral qaz kəmərində güclü partlayış baş verib - <font color=red>YENİLƏNİB</font>
# 13 aprel 2012 20:45 (UTC +04:00)
APA-nın yerli bürosunun müxbirlərinin məlumatına görə, hadisə kəmərin Şamaxının Pirqulu və Qızmeydan kəndləri arasından keçən sahəsində baş verib.

Kəmərdə alov 150 metrdən də yuxarı qalxıb. Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Partlayışın səsi Qobustan, Ağsu, İsmayıllı, Quba, Siyəzən rayonlarında eşidilib. Bu rayonlardan alovu görmək də mümkündür.

Yanğın meşə massivinə yaxın ərazidə baş verib. Hadisənin dağlıq ərazidə baş verməsi əraziyə quru nəqliyyatının keçməsini çətinləşdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR