Azərbaycanda bir sıra sahələrdə beynəlxalq standartlar tətbiq ediləcək

Azərbaycanda bir sıra sahələrdə beynəlxalq standartlar tətbiq ediləcək
# 18 iyun 2012 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti işə başladıqdan sonra ölkədə bütün sahələrə nəzarət gücləndiriləcək.

APA-Economics”in xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda müəyyən sahələrdə standartlaşdırma ilə bağlı müəyyən boşluqlar olub, problemlər yaranıb: “Bu problemləri həll etmək üçün bizim qarşımızda tələblər qoyulub. Prioritet sahələr kimi Azərbaycan neft-qaz ölkəsi olduğu üçün neft-qaz sahəsində, həmçinin tikinti, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və yeyinti sahələrində beynəlxalq standartlar tətbiq ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR