Balakən rayon sakini əxlaqsızlıq yuvası təşkil etdiyinə görə tutulub

Balakən rayon sakini əxlaqsızlıq yuvası təşkil etdiyinə görə tutulub
# 04 aprel 2012 09:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda insan alveri faktı qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Sona Cumayeva tutulub. S. Cumalıyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə və Sabunçu qəsəbəsi ərazisindəki "Damla" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə təqsirləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR