Rusiya Federasiya Şurasının sədr müavini: “Azərbaycanlı əmək mühacirləri ilə bağlı heç bir problemimiz yoxdur”

Rusiya Federasiya Şurasının sədr müavini: “Azərbaycanlı əmək mühacirləri ilə bağlı heç bir problemimiz yoxdur”
# 03 noyabr 2012 09:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Rusiya Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri Svetlana Orlova verib.

Onun fikrincə, əmək fəaliyyəti ilə bağlı mühacirlərin qarşılaşdığı problemlər ilk növbədə onların qanuni əmək yerləri ilə təmin edilməməsi, sığorta məsələsi, həmçinin yaşayış yerlərinin qənaətbəxş olmaması ilə bağlıdır: “Bəllidir ki, miqrantlar arasında cinayətkar qrupların mövcudluğu vətəndaşlar tərəfindən neqativ qarşılanırdı. Azərbaycanla bağlı bu məsələ iki ölkə arasında fəaliyyət göstərən komissiya tərəfindən öz həllini tapıb və bütün məsələlər mövcud vəziyyətə uyğunlaşdırılıb. Xüsusi qeyd etmək istəyirəm ki, bizim hazırda azərbaycanlı miqrantlar, ümumiyyətlə, Azərbaycan diasporu ilə bağlı heç bir problemimiz yoxdur. Buna səbəb hökumətlər arasında mütəmadi bu məsələlərin həlli istiqamətində aparılan müzakirələr və verilən qərarlardır. Azərbaycanlı miqrantların böyük hissəsi rus dilində danışa bildiyi üçün bu problemlə üzləşmirlər. Bir sözlə, bizim hökumət miqrantların Rusiyada qarşılaşdıqları problemlərlə bağlı vətəndaşları Rusiyaya gələn ölkələrin hamısını məlumatlandırıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR