Azərbaycan prezidenti Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 02 aprel 2012 12:18 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Görüşdə Azərbaycan-Avropa Birliyi çərçivəsində Litva ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR