Bakıda insan alverinin qurbanlarına kömək göstərilməsinə həsr olunmuş treninqlər keçirəcək

Bakıda insan alverinin qurbanlarına kömək göstərilməsinə həsr olunmuş treninqlər keçirəcək
# 01 noyabr 2012 07:02 (UTC +04:00)
Bakı-APA. ATƏT-in Bakı Ofisi noyabrın 7-8-də dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri üçün insan alverinin qurbanlarına kömək göstərilməsinə həsr olunmuş treninqlər keçirəcək. APA-nın məlumatına görə, treninq iştirakçıları insan alverinin qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsinin əsas üsulları, bu məsələ ilə bağlı qurumlararası əməkdaşlıq mexanizmləri, insan alveri qurbanlarının aşkara çıxarılması, repatriasiyası barədə məlumatlandırılacaq. ATƏT-in Bakı Ofisi həmçinin noyabrın 13-15-də insan alveri ilə bağlı cinayət işlərinin təhqiqatının effektini artırmaq üçün müstəntiq və prokurorlar üçün təlim kursu təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR