Azərbaycanda 19 yaşlı qız valideynlərinin ölüm günü intihar edib

Azərbaycanda 19 yaşlı qız valideynlərinin ölüm günü intihar edib
# 29 may 2012 07:06 (UTC +04:00)
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əliyar Əliyev küçəsi, 26 ünvanında yerləşən çox mərtəbəli yaşayış binasında qeydə alınıb. Bakı şəhər sakini, 19 yaşlı Arzu Məmmədova həmin ünvanda yerləşən binanın 19-cu mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib.

İlkin məlumata görə, A. Məmmədova 5 yaşında valideynlərini itirib. Xalasının himayəsində yaşayan A. Məmmədova bu illər ərzində tez-tez intihar edəcəyini deyirmiş. Nəhayət o, dünən, valideynlərinin ölüm günü özünə qəsd edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR